DGKA | Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanası EBSCO elektron nəşrlər bazasına abunə olub




Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanası EBSCO elektron nəşrlər bazasına abunə olub

2019-09-27 14:26

Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanası dünyada dərc olunan 9000-dən artıq nüfuzlu dövri elmi jurnal və digər nəşrlərə çıxış imkanı verən EBSCO beynəlxalq nəşrlər bazasının şəbəkəsinə qoşulub.

İctimai, humanitar, kompüter, mühəndislik, neft-qaz, fizika, kimya, nəqliyyat və s. sahələri əhatə edən 9000-dən 7851-i resenziya olunan jurnalların, onların CD/DVD formatlarının,      2500-dən artıq tam mətnli kitab və broşuraların yerləşdiyi EBSCO (http://search.ebscohost.com)  şəbəkəsi Akademiyanın əməkdaşlarının, tələbə və müəllim heyətinin istifadəsinə  verilib.

EBSCO beynəlxalq nəşrlər bazasının şəbəkəsi təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində dərc olunan nəşrlərin elektron variantlarını ingilis, rus, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir.

İctimaiyyətlə əlaqələr şöbəsi