Dövlət Gömrük Komitəsinin Akademiyasının qəbul planı 100% dolub

2019-08-16 12:46

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının qəbul planı 100% dolub. 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat” və III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasına qəbul aparılıb.

Avqust ayının 15-dən başlayaraq Akademiyaya qəbul olunmuş abituriyentlərin qeydiyyatı başlayıb.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
 

-    Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd)

-    Tam orta təhsil haqqında sənəd (attestat);

-    3×4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda, rəngli)

-    Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının ödənilməsinə dair qəbz

-    Oğlanlar üçün “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə”- (əsli və 1 nüsxə surəti)

-    Sağlamlıq haqqında arayış (forma 86)

-    Yaşayış yeri haqqında arayış

-    Tərcümeyi-hal (Akademiyada təqdim olunan blankda doldurulacaq)

-    İş nömrəsi və şifri

 

Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədləri də təqdim etməlidirlər.