E L A N

2019-08-09

Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!

     Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin qeydiyyatı və sənədlərinin qəbulu 15.08.2019-cu il tarixindən 27.08.2019-cu il tarixinə qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 09:30-dan 17:00-a kimi Akademiyada aparılacaq.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:

-    Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd)

-    Tam orta təhsil haqqında sənəd (attestat);

-    3×4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda, rəngli)

-    Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının ödənilməsinə dair qəbz

-    Oğlanlar üçün “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə”- (əsli və 1 nüsxə surəti)

-    Sağlamlıq haqqında arayış (forma 86)

-    Yaşayış yeri haqqında arayış

-    Tərcümeyi-hal (Akademiyada təqdim olunan blankda doldurulacaq)

-    İş nömrəsi və şifri

 

Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədləri də təqdim etməlidirlər.