E L A N

2019-07-22

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər

üçün hazırlıq təlimləri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qaydaları”nın 3.1 bəndində nəzərdə tutulmuş test üsulu ilə imtahana hazırlıq məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən təlimlər təşkil edilir. Təlimlər gömrük xidmətinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən gömrük xidməti sahəsinə aid aşağıdakı istiqamətlər üzrə keçiriləcəkdir:

 

  • gömrük qanunvericiliyi və gömrük işi sahəsində  gömrük prosedurları;
  • mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilmə qaydaları və şərtləri;
  • gömrük ödənişlərinin növləri;
  • gömrük rəsmiləşdirilməsi;
  • gömrük məqsədləri üçün xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun malların təsnifatı və bəyan edilməsi;
  • malların gömrük dəyərinin və mənşə ölkəsinin müəyyən edilməsi;
  • gömrük orqanları tərəfindən gömrük və valyuta nəzarətinin həyata keçirilməsi;
  • gömrük işi sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət;
  • xarici ticarətdə sığorta və nəqliyyat şərtləri;
  • xarici ticarətdə qadağa və məhdudiyyətlər;
  • ödəniş-hesab və valyuta münasibətləri;
  • gömrük sahəsinə aid mülki hüquq, maliyyə hüququ, beynəlxalq və dövlət hüququ və cinayət hüququ.

 

 

 

              Qeyd: - təlimlər Elmlər Akademiyası metrostansiyasına yaxın ərazidə təşkil olunacaqdır;

  • müraciətlərə əsasən təlimlər axşam saatlarında da təşkil oluna bilər.

 

 

                  Əlaqə üçün: (012) 448 08 74

      Email: training@ascca.gov.az