DGKA | Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”




Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”

2019-07-19 11:56

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov abituriyentlər və onların valideynləri ilə görüş zamanı bildirib ki, Akademiyada Dövlət Gömrük Komitəsinin əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirilir. O, tədris prosesinin aparılması üçün vacib olan bütün faktorların tədbiq edildiyini, ən peşəkar mütəxəssislərin tədrisə cəlb olunduğunu qeyd edib.

Qulu Novruzov 2019/2020-ci tədris ilindən başlayaraq I ixtisas qrupunda "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə, eləcə də magistraturaya “Dünya iqtisadiyyatı - Gömrük işi” və “Hüquqşünaslıq - Beynəlxalq hüquq” ixtisasları üzrə qəbulun gerçəkləşdiyini də bildirib.

"Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir" – deyən Akademiya rəisi qeyd edib ki, hər bir gənc, ilk növbədə, Azərbaycan dəyərlərinə sadiq vətəndaş olmalıdır. Qulu Novruzov gömrük orqanlarında çalışan Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin yarıdan çoxunun Akademiya tələbələri olduğunu vurğulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi