Gömrük Akademiyası ilk magistrantlarını qəbul edir

2019-07-11 10:52

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına 2019/2020-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul olan ilk magistrantların qeydiyyatı başa çatıb. Gömrük Akademiyasına qəbul olanlar içərisində bu ali təhsil müəssisəsini 2018-2019-cu tədris ilində bitirən məzunlar da var. Beş nəfər məzun Gömrük Akademiyasına bu il ilk dəfə keçirilən magistraturaya qəbulda müvəffəqiyyət qazanaraq təhsilini doğma Akademiyada davam etdirəcək.
Xatırladaq ki, Akademiyaya bu ildən Dünya iqtisadiyyatı-Gömrük işi və Hüquqşünaslıq-Beynəlxalq hüquq ixtisasları üzrə ilk dəfə magistratura pilləsinə qəbul həyata keçirilib.
Qeyd edək ki, bu tədris ilində Akademiyanı “Hüquqşünaslıq” ixtisası üzrə 23, “İqtisadiyyat” ixtisası üzrə 22 tələbə bitirib. Onlardan 19 nəfəri təhsillərini magistratura səviyyəsində davam etdirəcək. İki nəfər Macarıstan, digərləri isə Azərbaycan ali təhsil müəssisələrinin, o cümlədən Gömrük Akademiyasının  magistraturasına daxil olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi