DGKA | Gömrük Akademiyasının rəisi Humanist Pedaqogika üzrə III Respublika oxularında iştirak edib




Gömrük Akademiyasının rəisi Humanist Pedaqogika üzrə III Respublika oxularında iştirak edib

2019-07-01 13:55

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov iyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Saf düşüncə möcüzə yaradır” mövzusunda Humanist Pedaqogika üzrə III Respublika oxuları tədbirində iştirak edib.  
Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Təhsil Nazirliyinin məsul şəxsləri, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent, “Humanist pedaqogika cəngavəri” ordenli Qulu Novruzov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, professor, Əməkdar elm xadimi Rəfiqə Əzimova, Humanist Pedaqogika üzrə Təhsil Müəssisələrinin Beynəlxalq Assosiasiyasının prezidenti, Əməkdar müəllim, “Humanist pedaqogika cəngavəri” ordenli Asif Cahangirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, Abşeron Rayon Təhsil Şöbəsinin təmsilçiləri, ADPU-nun Şamaxı Filialının əməkdaşları, Qobustan rayonunun təhsil nümayəndələri, bir çox orta məktəblərin direktorları, müavinləri və müəllimləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, tərbiyəçiləri, tanınmış alimlər iştirak ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi