ELAN

2019-06-20

Dövlət Gömrük Komitəsinin Akademiyasının magistraturasına qəbul olunmuş bakalavrların nəzərinə!
Dövlət Gömrük Komitəsinin Akademiyasının magistraturasına qəbul olunmuş bakalavrların sənədlərinin qeydiyyatı 27.06.2019-cu il tarixindən 10.07.2019-cu il tarixinə qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-a kimi Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsində aparılacaq.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
-    Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd)
-    Bakalavr diplomunun notariusda təsdiq olunmuş surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış);
-    4 ədəd rəngli fotoşəkil (3×4 sm)
-    Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının ödənilməsinə dair qəbz
-    Hərbi biletin surəti (və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə )
-    Sağlamlıq haqqında arayış
-    Yaşayış yeri haqqında arayış
-    Tərcümeyi-hal (Akademiyada təqdim olunan blankda doldurulacaq)

Qeyd: Göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar, 2