Gömrük Akademiyasının 62 tələbəsi ilk "Könüllü Gömrükçü" dəstəsində

2019-06-19

Dövlət Gömrük Komitəsinin Akademiyasının 62 tələbəsi "Könüllü Gömrükçü" dəstəsində 12-14 iyun 2019-cu il tarixlərində keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisində fəal iştirak ediblər. İlk könüllülük hərəkatında iştirak edərək tələbələrimiz sosiallaşmaqla yanaşı, həm də peşə bacarıqlarına yiyələnirlər.