DGKA | ÜGT-nin Akademiyasının layihələr üzrə koordinatoru Gömrük Akademiyasında olub




ÜGT-nin Akademiyasının layihələr üzrə koordinatoru Gömrük Akademiyasında olub

2019-06-13 17:24

İyunun 12-də Heydər Əliyev Mərkəzində öz işinə başlayan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans sərgisinin iştirakçısı, Ümumdünya Gömrük Təşkilatının Akademiyasının layihələr üzrə koordinatoru Dimitris Politopulos Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.
Akademiya rəisi Qulu Novruzov ali təhsil müəssisəsinin fəaliyyəti haqqında qonağı məlumatlandırıb. Qulu Novruzov beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin, gömrük üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla əlaqələrin yaradılmasının prioritet olduğunu deyib. Akademiya rəisi ikitərəfli əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Dimitris Politopulos Ümumdünya Gömrük Təşkilatının Akademiyasında müxtəlif proqramlar üzrə hazırlanmış kurslar haqqında məlumat verib. Həmin kurslar çərçivəsində keçirilən təlimlərdən istifadə yollarını açıqlayıb. Qonaq Akademiyada bakalavriat səviyyəsində təhsil alan akademik qruplarda keçirilən imtahanlarla, IV kurs tələbələrinin buraxılış işlərinin ilkin müdafiəsi prosesi və Akademiyada ixtisasartırma kurslarına cəlb olunan gömrük əməkdaşlarının təlim prosesi ilə tanış olub.

İctimaiyyətlə əlaqələr şöbəsi