Akademiyada gömrük əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

2019-06-04 17:37

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma təlimlərinə start verilib. Gömrük orqanlarının müxtəlif strukturlarında çalışan əməkdaşların iştirak edəcəyi təlimlər hər qrup üçün bir ay ərzində keçiriləcək. Akademiya rəisi Qulu Novruzov gömrük əməkdaşlarının təmsil olunduğu ilk qrup ilə görüşüb.
Akademiya rəisi gömrük əməkdaşlarını salamlayaraq bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Qulu Novruzov son tədris ili ərzində Akademiyada təşkil olunan gömrük orqanlarına yeni qəbul olunmuş əməkdaşlar üçün xidmətə ilkin hazırlıq təlimlərinin, həmçinin gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma təlimlərinin gömrük xidməti əməkdaşlarının peşəkar inkişafı məqsədilə yeni fərqli formatda təşkil olunduğunu nəzərə çatdırıb. Qulu Novruzov gömrük xidmətində aparılan son islahatlara toxunaraq bu islahatların gömrük xidməti əməkdaşlarında yeni bacarıq və səriştələr tələb etdiyini qeyd edib. Akademiya rəisi təlimlərin iştirakçılarına uğurlar arzulayıb. Sonda bir sıra suallar ətrafında müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi