Gömrük Akademiyasında Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə bağlı tədbir keçirilib

2019-06-03

Dövlət Gömrük Komitəsinin Akademiyasında 26 iyun-Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.
Akademiyanın Təlim və İnnovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov  bəşəriyyətin qorxunc bəlası sayılan narkomaniyanın cəmiyyətin ciddi bəlasına çevrilən təhlükə olduğunu deyib. Ramiz Hümbətov yeniyetmə və gənclərin narkomaniyaya qurşanmasının onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sağlamlıqlarının zərbə altında qalmasına səbəb olduğunu qeyd edib. O, gəncləri pis vərdişlərdən uzaq olmağa çağırıb, onlara öz üzərində daim çalışaraq inkişaf etməyi, təhsilə və elmə yönəlməyi tövsiyə edib.  
Akademiyanın Katibliyinin tibb bacısı Səbirə Əlişova yoluxucu xəstəliklər, onlardan qorunma yolları, sağlam həyat tərzi, narkomaniya və narkomaniyaya qarşı mübarizə haqqında təqdimatla çıxış edib.
Tədbirdə narkomaniya ilə mübarizə və ondan qorunma yolları haqqında video çarx nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi