Gömrük Akademiyasının tələbələri “Parlamentin plenar iclası”nın simulyasiyasını keçiriblər

2019-05-31

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Hüquq nəzəriyyəsi” fənnini tədris edən Seymur Əsgərlinin təşkilatçılığı ilə “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan I kurs tələbələri tərəfindən “Parlamentin plenar iclası”nın simulyasiyası keçirilib. Müzakirələri Akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov, professor-müəllim heyətinin üzvləri, eləcə də inzibati heyətin əməkdaşları izləyiblər.
Tələbələr hazırladıqları 21 qanun layihəsini plenar iclasın gündəliyində müzakirəyə çıxarıblar. Bunlardan 4-ü Parlament iclasının birinci və ikinci oxunuşlarında müzakirə edilərək səsə qoyulub, digər layihələr isə üçüncü oxunuşda səsə qoyulub. İclasda bütün tələbələr, xüsusilə Nərmin Qasımova, Rəşid Zeynallı, Leyla Mehtiyeva, Lamiyə Nəsirova, Aytac Muradlı, Aqil Hacızadə, Adil Abbaszadə, Nihad Muxtarlı, Hüseyn Hüseynzadə, Günel Həsənova, Rəşad İbrahimov, Orxan Həsrətli, Səma Süleymanlı, Aytac Əmirova qanun layihələrinin müzakirəsində fəal iştirak edərək gündəlikdə olan məsələlərə münasibət bildiriblər.
Simulyasiyanın sonunda Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsində bu səpkili tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb və uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi