Gömrük Akademiyasının tələbələri "Enactus 2019" Milli Yarışının Azərbaycan mərhələsində

2019-05-31

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə mayın 25-də Bakı Konqres Mərkəzində "Enactus 2019" Milli Yarışının Azərbaycan mərhələsi keçirilib.
"Enactus 2019" Milli Yarışının əsas məqsədi Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etməkdən ibarətdir.
Yarışda iştirak edən Dövlət Gömrük Komitəsinin Akademiyasının “Enactus” komandasının kapitanı Eldar Əliyev, komanda üzvləri Bayramlı Aynurə, Allahverdiyev İsa, Hacıyev Murad, Mirzəyeva Xəyalə, Rzayeva Ofelya, İsmayılova Rahidə, Əmrahov Alı, Mürsəlova Adilə, Səmədov Məhəmməd sahibkarlığa dəstək və məşğulluğun artırılması ilə bağlı olan "Köhnə Dad" layihəsini təqdim ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi