Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

2019-05-10

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Həmin gün dahi rəhbərin məzarını ziyarət edən paytaxt sakinləri, ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri ilə yanaşı, respublikamızın gömrük orqanlarının çoxsaylı kollektivi də Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib.
Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.


DGK Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsi