Tələbələrimiz "Şahmat" idman növü üzrə açıq turnirdə iştirak ediblər

2019-05-03

Dövlət Gömrük Komitəsinin Akademiyasında 1 may 2019-cu il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanın ali təhsil müəssisələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat idman növü üzrə açıq turnirin keçirilməsinə hazırlıq məqsədi ilə "Şahmat" turniri keçirilib.

Turnirdə Akademiyanın 20 tələbəsi iştirak edib. Toplanmış xalların nəticəsinə görə Tərlanlı Uğur Rauf oğlu (Hüquqşünaslıq ixtisası, qrup 218), Əmrahov  Alı Bayram oğlu (İqtisadiyyat ixtisası, qrup 410), Hacıyev Murad Hacı oğlu (İqtisadiyyat ixtisası, qrup 408)  I,II,III yerləri tutublar. Yarışda həmin üçlük komanda şəklində Akademiyamızı 2 may 2019-cu il tarixində Polis Akademiyasında keçirilən yarışda təmsil edərək 5-ci yeri qazanıblar. Tələbələrimiz turnirdə iştirak etdiklərinə görə sertifikatlarla təltif olunublar.

İctimaiyyətlə əlaqələr şöbəsi