Dövlət Gömrük Komitəsinin Akademiyasında Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) standartları üzrə təlimlər keçirilir

2019-03-01

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Beynəlxalq Standartlar Sisteminin qurulması, Akademiyanın beynəlxalq təhsil məkanına inteqrasiya olunması, təhsil sahəsində beynəlxalq layihələrə qoşulması və Akademiyada təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin İSO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə Akademiyanın struktur bölmələrinin əməkdaşları üçün təlimlər keçirilir.
Dövlət Gömrük Komitəsinin Akademiyası və Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlər TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani tərəfindən aparılır. İSO 9001-2015 (Keyfiyyəti idarəetmə sistemi) standartı üzrə başlanmış təlimlər 25 fevral – 01 mart 2019-cu il tarixlərini əhatə edir. Təlimləri uğurla bitirən Akademiya əməkdaşlarına sertifikatlar təqdim olunacaq.

DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsi