Tələbələrimiz Gənclər Gününə həsr olunmuş toplantıda

2019-02-02

1 Fevral 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika Toplantısı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri və gənclər iştirak ediblər.
Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladaraq, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirib.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar.
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) 10 nəfər tələbəsi bu mötəbər görüşdə iştirak edərək, ali məktəbimizi layiqincə təmsil ediblər.

DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsi