Gömrük əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

2019-01-30

Yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günüdür.

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasından 27 il ötür. Bu bayram ümummilli lider Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə təsis olunub.

Gömrük əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi