Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov AzTV-nin “Səhər” proqramında qonaq olub

2019-01-24

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov Akademiyanın yaradılmasının 7 illiyi ilə bağlı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Səhər” proqramında qonaq olub.
Akademiya rəisi DGKA-nın 7 ilik fəaliyyəti ilə bağlı danışaraq, bu ali təhsil ocağında görülən işlər, həyata keçirilən layihələr, Akademiyanın əldə etdiyi uğurlar, eyni zamanda qarşıda duran vəzifələr və prioritetlərdən söz açıb.
Qulu Novruzov çıxışında Akademiyada tədrisin təşkili, təlim-tərbiyə işlərinin aparılması, beynəlxalq əməkdaşlıq sahəsində qarşıya qoyulan prioritet istiqamətlərdən də bəhs edib.