Dövlət Gömrük Komitəsinin Akademiyasında Həmrəylik Gününə həsr olunmuş yarış keçirilib

2018-12-28

Dekabrın 28-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis idman növü üzrə Akademiya tələbələri arasında yarış keçirilib.
Yarışın sonunda bütün iştirakçılara sertifikat verilib. Qaliblərə kubok təqdim olunub. 1-ci yerin qalibi 214-cü qrup tələbəsi Ələkbər Zeynalov, 2-ci yerin qalibi  406-cı qrup tələbəsi Ümid Abbaszadə, 3-cü yerin qalibi isə 408-ci qrupun tələbəsi Şükran İslamzadə olub. 1-ci yerin qalibinə kubok, sertifikat və tennis raketkası hədiyyə edilib.