DGKA-nın əməkdaşları və tələbələri elmi-praktik konfransda iştirak ediblər

2018-11-28

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Ümümtəhsil fənnləri” kafedrasının müdiri, dosent Ramiz Allahverdiyev, Akademiyanın Aparatının hüquqşünası Seymur Əsgərli, o cümlədən “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan III kurs tələbələri Zeynəb Babayeva, Həsən Həsənzadə, İmamverdi Novruzlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 22 noyabr 2018-ci il tarixində keçirilən “Müasir sosial-iqtisadi şəraitdə uşaqların hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda elmi-praktik konfransda iştirak ediblər. Konfransda Akademiyanın aparatının hüquqşünası Seymur Əsgərli, “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan III kurs tələbələri Zeynəb Babayeva, Həsən Həsənzadə məruzələrlə çıxış ediblər.