Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

2018-11-27

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu ilə görüşüb. Görüşdə Akademiya ilə TSİ arasında əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunmasının vacibliyini bildirən Qulu Novruzov hazırda bu sahədə müvafiq işlərin həyata keçirildiyini bildirib.
TSİ-nin  Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu DGKA-da beynəlxalq standartların tətbiqinə dair görülən işlərdən məmnunluğunu ifadə edərək, təmsil etdiyi qurumun Akademiya ilə  əməkdaşlıqda maraqlı olduğunu deyib. Gülhan Yüzereroğlu Akademiyanın fəaliyyətinin inkişafında TSİ-nin hər cür dəstək olmağa hazır olduğunu bildirib.