Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinə Yay Təcrübə Proqramının sertifikatları təqdim olunub

2018-11-26

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə 3-cü və 4-cü kursda təhsil alan bir qrup tələbəsinə Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası (AYNHA) İctimai Birliyinin layihəsi əsasında həyata keçirilmiş VI Yay Təcrübə Proqramında iştirak sertifikatları təqdim olunub. Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyinin "1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili" adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.