DGKA-da Milli Dirçəliş gününə həsr olunmuş müsabiqə keçirilib

2018-11-19

Noyabrın 17-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində olan "İqtisadiyyat klubu"  tərəfindən Milli Dirçəliş gününə həsr edilmiş “İqtisadiyyat gecəsi” adlı müsabiqə keçirilib. İntellektual oyun formatında təşkil olunan yarışda ümumilikdə yeddi komanda iştirak edib. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin komandalarının da iştirak etdiyi yarışın qalibi İqtisad Universitetinin “Six pistols” komandası olub. Qalib komanda medal və kubokla təltif edilib. Sonda yarışın bütün iştirakçılarına sertifikatlar təqdim olunub.