Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi kollektivə təqdim olunub

2018-11-01

Oktyabrın 31-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin olunmuş hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bu ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib.

Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru İqbal Babayev Qulu Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İqbal Babayev Qulu Novruzovun fəaliyyətindən söz açaraq, onun təhsil sahəsində böyük yol keçdiyini bildirib və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İqbal Babayev Dövlət Gömrük Komitəsinin Akademiyasının daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.