Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nümayəndələri "Gənclər Evi"ndə olublar

2018-10-30

Oktyabrın 29-da Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Elgiz Eyvazlı, TGT-nın Layihələr departamentinin direktoru Jalə Rzayeva Azərbaycan tələbə kartı və İnformasiya texnologiyaları üzrə departament direktoru Mirtehran Salayevin iştirakı ilə Sabunçu rayonu "Gənclər Evi"nin direktoru Rəvanə Həşimova və "Gənclər Evi"nin koordinatoru Samir Mehralıyevlə görüşüblər. Qarşılıqlı əməkdaşlıq və müştərək layihələrin həyata keçirilməsi  məqsədi daşıyan görüşdə tərəflər gələcəkdə birgə layihələr və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, TGT-nin nümayəndələri "Gənclər evi"nin daxili infrastrukturu ilə tanış olublar, buradakı fəaliyyət növləri barədə məlumatlandırılıblar.