Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Heydər Əliyev Mərkəzində

2018-10-09

18 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçiriləcək.

Bilik yarışının keçirilməsində əsas məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin öyrənilməsi və təbliğidir. Hər ali təhsil müəssisəsindən bir komanda iştirakçı qismində çıxış edə bilər. I, II və III yerləri tutan komandalar Heydər Əliyev Mərkəzi tərəfindən mükafatlandırılacaqlar.

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) yarışda iştirak edəcək komandasının üzvləri 9 oktyabr 2018-ci tarixində Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto, video və məlumatlarla yaxından tanış olublar.