Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşları Polis Akademiyasında beynəlxalq konfransda iştirak edib

2018-06-20

20 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Azərbaycan polsinin yaranmasının 100 illik yubileyi münasibətilə təşkil edilmiş “Azərbaycan Polisinin tarixi və inkişaf perspektivləri” adlı beynəlxalq  elmi-praktik konfransda iştirak etmişdir. Rusiya, Belarusiya və digər xarici ölkələrin Universitetlərinin nümayəndələri, eləcə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının,  Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələrinin işitirak etdiyi konfransda və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasını rəis müavini Nizami Quliyev, Sahib Axundov və Elşad Məmmədov təmsil edirdilər.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Nizami Quliyev yarandığı ilk  gündən ölkədə daxili sabitliyi qorumaq, hüquq normalarına riayət etmək, milliyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını qorumaq, cinayətkarlıqla mübarizə aparmaq, Milli Ordu, təhlükəsizlik qüvvələri ilə bərabər ərazi bütövlüyümüzün və suverenliyimizin qorunmasında təcavüzkar qüvvələrə qarşı mübarizə aparmaq kimi məsələləri qarşıya mühüm vəzifə kimi qoyan Daxili İşlər Nazirliyini və Azərbaycan polisini bütün gömrük orqanlarının əməkdaşları adından 100 illik yubileyi münasibətilə təbrik etdi və müvəffəqiyyətlər arzu etdi. Peşəkar karyerasını Polis orqanlarında başlayan və 20 ildən artıq əməliyyat axtariş fəaliyyətində mühüm vəzifələrdə çalışan Nizami Quliyev həmçinin,  gömrük orqanlarının cinayətkarlıqla mübarizəsi və eləcə də Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyəti və bu sahədə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sərhəd Xidməti və digər dövlət qurumları ilə əlaqələri, eləcə də beynəlxalq əməkdaşlığı haqqında məlumat verdi.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirdilər.