DGKA-da “Qurtuluş günü” qeyd olundu

2018-06-13

13 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında 15 iyun-Qurtuluş günü ilə əlaqədar tədbir təşkil edildi. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və müdavimlər iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar oğlu açdı. Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi olduğunu qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu barədə çıxış etdi. O, eyni zamanda qeyd etdi ki, 1993-cü ildə Heydər Əliyev rəhbərliyə qayıdışı nəticəsində ölkəmizin müstəqilliyini qorudu, respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu səbəbdən bu mühüm tarixi gün xalqımızın yaddaşına "Milli Qurtuluş Günü” kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Heydər Əliyev, sözün əsl mənasında, Vətənin böyük oğlu, lideri, bənzərsiz dövlət xadimi idi. O, ölkəmizi hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, dövlətin siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı. 34 illik rəhbərliyi dövründə Azərbaycanımızın ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa, parçalanmağa qoymadı.

Tədbirdə həmçinin, müdavim  Məlikova Nərmin Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aparılmış islahatlar və Gömrük sisteminin inkişafı istiqamətində gördüyü tədbirlər haqqında danışdı.

Karyera bölməsinin əməkdaşı Zeynalov Rəşad Heydər Əliyevin gənclər siyasətinə verdiyi önəm və onun sayəsində Azərbaycand gənclərinin sosial, siyasi, iqtisadi, mədəni və bütün digər sahələrdə əldə etdiyi uğurlar haqqında məlumat verdi.

Sonda Ümummilli Liderə həsr olunmuş, həyat və fəaliyyəti haqqında videofilm nümayiş etdirildi.