DGKA-da “Ölülər” tamaşası ingilis dilində nümayiş olundu

2018-05-30

30 may tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşası ingilis dilində nümayiş olundu. Bütün obrazların tələbələr tərəfindən canlandırıldığı tamaşanı Akademiyanın Xarici dil müəllimləri Gülnaz Novruzova və Aysel Xəlilova hazırladılar.

Tamaşanı Akademiyanın rəhbərliyi və tələbə-müəllim heyəti ilə yanaşı DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov izlədi. Böyük maraqla qarşılanan tamaşanın sonunda Akademiyanın rəisi İsmayıl Ələkbərov və Şahin Bağırov ürək sözlərini deyərək tələbələri təbrik etdilər. Həmçinin, tələbələrə sertifikat və hədiyyələr təqdim edildi.