DGKA-nın təcrübədə iştirak edən tələbələrinin hesabatı dinlənildi

2018-05-29

29 may tarixində  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasında istehsalat təcrübəsində iştirak edən Gömrük İşi fakültəsnin “İqtisadiyyat” və “Hüquqşünaslıq” ixtisaslarıında təhsil alan sonuncu tədris ili tələbələrinin hesabatı dinlənildi. Eyni zamanda, komissiya qarşısında çıxış edən tələbələrinin  istehsalat təcrübəsnin yekun qiymətləndirilməsi keçirildi.

Tələbələr istehsalat təcrübəsinin yekunlarına dair hesabatla çıxışlarında  təcrübə zamanı əldə etdikləri bilik və bacarıqlar barədə komissiya üzvlərinə məlumat verdilər.

Qeyd edək ki, tələblər ixtisas tədris planına müvafiq olaraq, 14 həftə ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi, Bakı Dəniz Limanı QSC, Mədəniyyət və Turizm Nazirliyi, Azərsun MMC, Destec group MMC, Ədliyyə Nazirliyi kimi dövlət və özəl müəssisələrdə istehsalat təcrübələrində iştirak ediblər.