DGKA-da Cumhuriyyətin 100 illiyi qeyd edildi

2018-05-24

24 may, 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100-cü il dönümü ilə əlaqədar tədbir təşkil edildi. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri və müdavimləri iştirak etdi.  

Tədbir dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olundu. Giriş sözü ilə Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev çıxış etdi. O,  müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, həmin dövrdə mövcud olan ictimai-siyasi vəziyyətdən, Cumhuriyyətin mövcud olduğu  23 ay ərzində hərb, iqtisadiyyat, səhiyyə, mədəniyyət, incəsənət və digər strateji sahələrdə görülmüş işlərdən və qəbul edilmiş qərarlardan danışdı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki əhəmiyyətini vurğulayaraq, müasir Azərbacanın tariximnin ən şanlı və qürürlu səhifəsi olduğunu qeyd etdi.

O, həmçinin məhz ümummilli liderimiz Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətinin mürəkkəb vəziyyətdə müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi üçün əlindən gələni etdiyini, dövlətçiliyin qorunması üçün qətiyyətli addımlar atdığını və ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğuladı.

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haq­qında” 2017-ci il, 16 may tairixli Sərəncamı da bu günün əzəməti və əhəmiyyətinin bariz göstəricisidir.

Müdavim Süleymanov Nuran da öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, iştirakçılarını və əhəmiyyətini vurğuladı. Qısa zaman ərzində fəaliyyət göstərən Cumhuriyyətin gömrük sahəsində islahatlarından və həmin dövrdə gömrük sistemin inkişafından danışdı.

Tədbirin sonunda  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.