DGKA-da "Narkomaniyaya yox deyək" mövzusunda marifləndirici tədbir keçirilib

2018-05-18

18 may, 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında "Narkomaniyaya yox deyək" mövzusunda marifləndirici tədbir keçirildi. Tədbir 26 iyun “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” təbrirləri çərçivəsində maarifləndirmə məqsədilə təşkil edilmişdi. Tədbirdə Akademianın rəhbərliyi, əməkdaşları, müdavimlər və tələbələr iştirak edirdi.

Tədbirin açılış sözünü Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev dedi. O, Bəşəriyyətin qorxunc bəlası sayılan Narkomaniya haqqında öz fikirlərini tədbir iştirakçılarına çatdırdı.

Tədbirin əsas məruzəçisi DGKA-nın Tibb xidməti şöbəsinin tibb bacisi Səbirə Əlişova idi. O, yolxucu xəstəliklər, onlardan qorunma yolları, sağlam həyat tərzi, narkomaniya və narkomaniyaya qarşı mübarizə haqqında maraqlı təqdimatla çıxış etdi. Səbirə Əlişova yolxucu xəstəliklərən qorunma yolları, xüsusi profilaktika tədbirləri, onlarla mübarizə və aradan qaldırılması  vasitələr, infeksion xəstəlikləridən qorunmaq üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər, sağlam həyat tərzi və tədricən ölümə aparan yol-narkomaniya, onu yaradan səbəblər, fəsadları, statistik göstəricilər, narkomaniya ilə mübarizə yolları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi və bu bəladən qurtulmaq üçün hər kəsi ayıq olmağa çağırdı.

Tədbirin sonunda mövzuya müvafiq olaraq Narkomaniya ilə mübarizə və ondan qorunma yolları haqqında video çarx izləndi.