Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da “Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda konfrans keçirildi

2018-05-16

16 may, 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Sabunçu rayonu Gənclər və İdman İdarəsinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda konfrans keçirildi. Konfransda DGKA rəhbərliyi, Sabunçu rayonu Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müşaviri Hüseyn Babayev və DGKA əməkdaşları və tələbələri iştirak etmişdir.

Konfransı giriş sözü ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Nizami Quliyev acdı. O. müstəqil Azərbaycan  tarixində Heydər Əliyevin yeri və rolu, Heydər Əliyevin gənclər siyasəti, eləcə də bu siyasətin bu gün uğurlu nəticələri haqqında danışdı.  Sabunçu rayonu Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müşaviri Hüseyn Babayev də çıxış edərək konfransın əhəmiyyəti və Heydər Əliyevin gənclər siyasıti haqqında öz ürək sözlərini dedilər.

Konfransda həmçinin,   Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Elgiz Eyvazlının, həmçinin Tələbə Gənclər Təşkilatının digər fəal gənclərinin çıxışları dinlənildi.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirdi.