DGKA tələbəsi İqtisadiyyat Nazirliyi tərəfindən diplomla təltif edilib

2018-05-12

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən tələbə, magistr və doktorantlar arasında təşkil edilən elmi məqalə müsabiqəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının İqtisadiyyat ixtisasının III təhsil ili tələbəsi Qurbani Mustafayev iştirak edib. Mayın 12-də İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, KİV əməkdaşlarının və müsabiqə iştirakçılarının iştirakı ilə müsabiqənin nəticələri açıqlanıb. Qurbani Mustafayev "Made in Azerbaijan” brendinin təşviqinə dair yazdığı elmi məqaləyə görə İqtisadiyyat Nazirliyi tərəfindən diplomla təltif edilib.

Ümumilikdə müsabiqəyə ölkəmizdə aparılan iqtisadi islahatlara, kiçik və orta sahibkarlığın inkişafına və “Made in Azerbaijan” brendinin təşviqinə dair 27 elmi məqalə təqdim olunub. Bütün elmi məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib.