Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar tədbir keçirilib

2018-05-08

8 may tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi,  tələbə və əməkdaşları iştirakı ediblər.  

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar oğlu açdı. O Heydər Əliyevin həyat və yaradıcılığından danışaraq onun Azərbaycanda gömrük sahəsinin yaradılması və inkişaf etdirilməsində əvəzsis rolundan bəhs edib. O Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb və onun xalqın xatirəsində hər zaman müdrik siyasi xadim olaraq qalacağını vurğulayıb.

 Tədbirdə eyni zamanda Akademiyanın Hüquqşünaslıq ixtisasının II təhsil ili tələbəsi Eyvazlı Elgiz və İqtisadiyyat  ixtisasının I təhsil ili tələbəsi Yusifov Orxan Heydər Əliyevlə bağlı çıxış edərək onun hər zaman Azərbaycanın çiçəklənməsi uğrunda gərgin mübarizəsi, Azərbaycanın beynəlxalq aləmdə tanınması naminə gördüyü işləri və eləcə də gənclər siyasəti ilə bağlı fəaliyyəti barədə ətraflı danışdı.

Karyera bölməsinin böyük mütəxəssisi gömrük xidməti  baş leytenanatı Rəşad Zeynalov Heydər Əliyevin gənclərlə bağlı siyasəti və onun bizə miras qoyub getdiyi dəyərlər haqqında tədbir iştirakçıları qarşısında çıxış etdi.

Tədbir Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş qısa filmin nümayişi ilə başa çatmışdır.