Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da 9 may qələbə günü ilə əlaqədar tədbir keçirildi

2018-05-08

8 may tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında 9 may Faşizm üzərində Qələbə günü münasibətilə tədbir keçirirlib. Tədbirdə Akademiyanın rəhbərliyi və müdavimlər iştirak edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar tədbir iştirakçılarına tədbirin əhəmiyyəti haqqında danışıb. O qeyd edib ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əziyyəti böyükdür. Müharibə illərində təkcə Azərbaycandan cəbhəyə 600 mindən çox əsgər yola düşüb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Odur ki, 9 may qələbə gününün Azərbaycan xalqı üçün əhəmiyyəti böyükdür.  

Qeyd edək ki, İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları istehsal edərək cəbhəyə göndərib.