Bizlə əlaqə (994 12) 404 22 00

DGKA tələbələri Respublika çempionatında

2018-05-08

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Ali təhsil müəssisələrinin tələbələri arasında Respublika cempionatında iştirak ediblər. Çempionat  7 may tarixindən etibarən  Bakı şəhərində   şahmat idman növü üzrə start götürmüşdür.

Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  və digər ali təhsil müəssisələrinin iştirak etdiyi ənənəvi çempionatda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ilk dəfədir ki, çıxış edirdilər. DGKA-nı çempionatda İqtisadiyyat ixtisasının I təhsil ili tələbələri  Əmrahov Alı və Babayev Altun və II təhsil ili tələbələri Bayramlı Aynurə və Hacıyev Murad təmsil edirdilər.  15 ali təhsil müəssisəsini mübarizə apardıgı şahmat yarışında Akademiyamız VI yerdə yarışı bitirmişdir.

Qeyd edək ki, şahmat yarışından sonar stolüstü tennis, sərbəst güləş, yunan-roma güləşi və judo yarışları başlayacaqdır. Bu yarışlarda da DGKA tələbələrinin uğurlu iştirakı gözlənilir.