Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da tələbə konfransı keçirilib

2018-05-07

7 may tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında” Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə” həsr olunmuş tələbə konfransı təşkil edildi. “Milli mənəvi irsin gənc nəsilə ötürülməsi” və Heydər Əliyev fenomeni və İlham Əliyev Modeli” mövzularında təşkil edilmiş tələbə konfransının işçi dili ingilis dili idi.

Tədbirdə Akademiyanın müəllim heyəti, tələbələri eləcə də Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov iştirak edirdi.

Konfrans dövlət himninin səslənməsi ilə başlandı. Konfransın əsas spikerləri olan əsasən Hüquqşünaslıq və İqtisadiyyat ixtisaslarının I təhsil ili tələbələri “Tarix yazan lider”, “Öz dövrünün həqiqi əfsanəsi”, “Heydər Əliyev irsi”, “Azərbaycan tarixində Heydər Əliyevin əvəzsiz rolu”, “Heydər Əliyev dünya arenasında” və s. mövzularda çıxışlar etdilər. Ümummilli liderin həyat yaradıcılığı, peşəkar fəaliyyəti, Azərbaycan xalqı və dövlətinin müstəqilliyi uğrunda fəaliyyəti, eləcə də beynəlxalq arenada Azərbaycanın tanınması üçün gördüyü işlər, onun Azərbaycanın çiçəklənməsi uğrunda gərgin mübarizəsi, gənclərlə bağlı siyasəti və onun bizə miras qoyub getdiyi dəyərlər haqqında ingilis dilində tələbələrin çıxışları maraqla dinlənildi.

Sonda Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrləri tariximizdə böyük siyasi dönüşlərin və yeni mərhələlərin başlanğıcı olaraq dəyərləndirdi. Qeyd olundu ki, Ulu Öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatımızın bütün sahələrində həyata keçirdiyi planlar artıq gerçəkliyə çevrilmişdir. Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Şahin Bağırov həmçinin konfransın əhəmiyyətini vurğuladı və  bildirdi ki, Ümumilli liderin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş tələbə konfransının məhz ingilis dilində keçirilməsi gənclərimizin ana dilimizdə bilib dərk etdikləri Heydər Əliyev gerçəkliyinin, irsinin bütün dünyaya çatdırılması istiqamətində fəaliyyətinə  böyük təsir göstərəcəkdir.