Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da 2-ci ənənəvi Tennis Turniri keçirildi

2018-05-03

1-3 may tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü və Xalq Cumhuriyyətinin yaranmasının 100 illi münasibətilə “Xüsusi təyinatlı ali təhsil müəssisələri arasında stolüstü tennis idman növü üzrə Turnir” keçirilmişdir. Turnirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Respublikası Dövlət  Sərhəd Xidməti Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasının müdavim və tələbələri iştirak etmişdir. DGKA-nı yarışda Hüquqşünaslıq ixtisasının III təhsil ili tələbələri Zeynalov Ələkbər, Gülüşov İsmayıl və İqtisadiyyat ixtisasının III təhsil ili tələbəsi Abbaszadə Ümid təmsil etmişdir.

Turnirin son günündə qaliblər müəyyən edilmişdir. Yarışın nəticələrinə əsasən Fövqəladə Hallar Nazirliyinin Akademiyası I yerə, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası II yerə, Dövlət Gömrük Komitəsinin Akademiyası isə III yerə layiq görüldülər. Qaliblərə diplomları və kubokları  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqdim etdi.

Qeyd edək ki, Stolüstü tennis idman növü üzrə Turnir bu il ikinci dəfədir ki keçirilir. İlk turnir ötən il təşkil edilmişdi. Hər ikisinə Dövlət Gömrük Komitəsinin Akademiyası ev sahibliyi edib.