Bizlə əlaqə (994 12) 404 22 00

ABŞ Səfirliyinin nümayəndələri DGKA-da

2018-05-02

2 may tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Vilyam Gil və səfirliyin bir neçə nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında olub. Qonaqlar Akademiya ilə tanış olduqdan sonra Akademiyanın rəhbərliyi ilə görüşüblər. Tərəflər DGKA-da yaradılacaq Karyera mərkəzinin təşkili və gələcəkdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Nümayəndələr həmçinin Akademiyanın tələbələri ilə görüşdülər, onların təhsilləri, gələcək planları, ABŞ və mübadilə proqramları haqqında qısa müzakirə etdilər. Tələbələrlə görüşdən sonra  ABŞ Səfirliyi Karyera mərkəzi üçün kitablar ianə etdi.