Bizlə əlaqə (994 12) 404 22 00

Makedoniya Universitetinin professoru DGKA-da mühazirə oxudu

2018-04-23

23 aprel tarixində Makedoniyanın Kiril və Mefodi Universitetinin İqtisadiyyat fakültəsinin fəlsəfə elmləri doktoru, professor İrena Kikerkova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələr üçün “Dayanıqlı İqtisadiyyatın Formalaşmasında Ticarətin Asanlaşdırılması Təşəbbüsləri” mövzusunda mühazirə oxudu. Qonaq mühazirə boyunca tələbələrə GATT (Tariflər və Ticarət haqqında Umumi Saziş) və ÜTT (Ümumdünya Ticarət Təşkilatı) haqqında ətraflı məlumat verdi.

Qeyd edək ki, GATT 1947-1948 ci illərdə beynəlxalq ticarətin sərəbəstləşdirilməsi məqsədi ilə Havanada toplanmış 50-yə yaxın ölkənin təmsilçisinin hazırladığı qanun layihəsi əsasında 1947-ci ildə yaradılmışdır. Ümumdünya Ticarət Təşkilatı da öz növbəsində Tariflər və Ticarət haqqında Ümumi Sazişin əsasında yaradılmış bir təşkilatdır. Əsas məqsədi üzv ölkələrin əhalisinin rifahını yaxşılaşdırmaq olan ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələr arası ticarət münasibətlərini tənzimləyir.

Professor ÜTT-nin funksiyaları, işləmə mexanizmləri və fəaliyyət sahələri haqqında tələbələri məlumatlandırdı, eyni zamanda, tələbələri maraqlandıran suallara cavab verdi. Mühazirə tələbələr tərəfindən maraqla dinlənildi.

Qeyd edək ki, 27 aprel tarixinədək professor İrena Kikerkovanın DGKA-da tələbə və müdavimlərə mühazirə deyəcəkdir.