DGKA-da iməclik keçirilib

2018-04-09

09 aprel, 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Bahar iməcliyi təşkil edilib. Əməkdaşların, müdavimlərin və tələbələrin iştirakı ilə Akademiyanın əhatə etdiyi ərazilərdə abadlıq və təmizlik işləri aparılmışdır.

İməclik nəticəsində binada və həyətdə təmizlik işləri görülmüş, qazon örtüyü səliqəli vəziyyətə salınmış, ağaclar budanmış və rənglənmişdir. Müdavimlər və tələbələr Akademiyanın ətrafında yeni Eldar şamı və meyvə ağacları əkmişdir.