DGKA-da seçki öncəsi tədbir təşkil olunub

2018-04-09

09 aprel, 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında 2018-ci il, 11 aprel Prezident Seçkisi ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və müdavimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar oğlu ümumbəşəri dəyərlərə söykənən dünyəvi, hüquqi dövlət olan Azərbaycan Respublikası üçün 11 aprel Prezident Seçkilərinin əhəmiyyətindən danışdı.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaralar, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsi, dövlət çevrilişi cəhdləri və digər ağır siyasi, sosial-iqtisadi problemlərlə qarşı-qarşıya qalmasına baxmayaraq, düzgün və praqmatik daxili və xarici siyasətin reallaşması nəticəsində müxtəlif maneələr və çətinlikləri aşaraq yetkin və güclü dövlətə çevrildi.

Hazırda  Azərbaycan Respublikası öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verir. Ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Balanslaşdırılmış xarici siyasət beynəlxalq arenada Azərbaycanın yüksək səviyyəli ikitərəfli və çoxtərəfli münasibətlər qurmasına imkan vermişdir.

Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə sahib bir cəmiyyətin vətəndaşları öz mövqelərini seçkilərdə açıq şəkildə nümayiş etdirməlidirlər.