Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da “Conversation Club” fəaliyyətə başlamışdır

2018-04-03

03 aprel, 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında “Conversation Club”  fəlaliyyətə başlamışdır.  Conversation Club Akademiyanın yeni yaranmış Tələbə Birliyi Cəmiyyətinin təşkilatçılığı ilə Akademiyanın tələbələri tərəfindən təşkil edilmişdir.   “Qloballaşma”, “Beynəlxalq medianın insanlara təsiri” mövzusunda ilk müzakirələrini təşkil edən klubun əsas məqsədi tələbələrin ingilis dili bacarıqlarını daha da inkişaf etdirməklə yanaşı ixtisaslara müvafiq ingilis dilinin müzakirələr yolu ilə öyrədilməsidir. Həftədə bir neçə dəfə təşkil edilməsi nəzərdə tutulan klub Hüquqşünaslıq və İqtisadiyyat sahəsində müxtəlif aktual məsələlərin müzakirəsini nəzərdə tutulur.

 Eyni zamanda, klub tələbələrin dünya görüşünün artırılması, onların arasında ünsiyyətin genişləndirilməsi və  əlaqələrin möhkəmləndirilməsinə də xidmət edəcəkdir.