DGKA-da “Xaricdə təhsil” seminarı keçirilib

2018-03-14

14 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında “Baku City Academy” şirkətinin və Akademiyanın birgə  təşkilatçılığı ilə “Xaricdə Təhsil” seminarı keçirilmişdir. Seminarın əsas təlimçisi xaricdə təhsil sahəsində uzunmüddət təcrübəsi olan, “Baku City Academy”-nin təsisçisi Emil Mikayılov olmuşdur. O, tələbələrə xaricdə təhsillə bağlı ətraflı məlumat vermişdir. Eləcə də, Almaniya və İtaliyada təqaüd imkanları, viza prosedurları, digər sənədləşmə prosesləri, bu ölkələrin yüksək reytinqli universitetləri və yaşayış xərcləri kimi vacib mövzularda tələbələri məlumatlandırmışdır. 

Akademiyanın “İqtisadiyyat və təbiət fənləri” kafedrasının müəllimi, Böyük Britaniyada təhsil almış Mirhəsən Seyidzadə də tələbələrə xaricdə təhsillə bağlı maraqlı məlumatlar çatdırmış və öz təcrübəsini bölüşmüşdür.  O, Böyük Britaniya universitetlərinin təhsil şərtləri və təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat vermişdir.

Sonda tələbələrin sualları cavablandırılmış və bu kimi tədbirlərin davamlı olacağı qeyd olunmuşdur.