Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Novruz bayramı qeyd edildi

2018-03-19

16 mart 2018-ci il tarixində Azərbaycan Respublikası  Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib. Tədbirdə akademiyanın tələbə-müəllim heyəti iştirak ediblər. Tədbiri Akademiyanın rəisi gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov açdı və bayram münasibətilə hər kəsi təbrik edib, xoş arzularını çatdırdı.

Tələbələrin təşəbbüsü ilə hazırlanan bayram şənliyində ilk öncə qonaqlara  Novruzun yaranması, adətləri haqqında məlumat verildi. Sonra tələbələrin iştirakı ilə müxtəlif musiqili nömrələr təqdim edildi. Çıxışlar böyük maraq və alqışlarla qarşılandı.

Sonda Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov bayram münasibəti ilə tələbə-müəllim heyətini təbrik etdi.

Tədbir Novruz tonqalı ətrafındakı “Yallı” rəqsi ilə başa çatdı.

Həmçinin 19 mart 2018-ci il tarixində Akademiyada Novruz bayramı ilə əlaqədar tədbir təşkil edildi. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və müdavimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar oğlu açdı. Nizami Quliyev Akademiya kollektivini Novruz bayramı münasibəti ilə təbrik etdi və Novruzun yaranması, adətləri haqqında  danışdı. Novruz adətlərinin qorunması və yaşadılması vacibliyini vurğulayaraq milli bayramlarımızın qeyd edilməsinin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsindən xəbər verdiyini diqqətə çatdırdı.