Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da “Bacaran insanlar sırasında sən də ol” adlı təlim təşkil edilib

2018-02-20

20 Fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında “Bacaran insanlar sırasında sən də ol” adlı təlim təşkil edilib. Təlim Akademiyanın İqtisadiyyat ixtisasının birinci təhsil ili tələbəsi Aqşin Nəzərli tərəfindən keçirilib. Qeyd edək ki, “Bacaran insanlar sırasında sən də ol” təlimi tələbələrin bacarıqlarını aşkar etməsi, onu inkişaf etdirməsi və faydalı işlərdə istifadə etməsini motivasiya etmək baxımından əhəmiyyətli tədbir idi.

Təlimdə “Bacaran insanlar kimlərdir, onların əsas xüsusiyyətləri nələrdir?”, “Bacaran insanlar sırasına daxil olarkən bizi hansı maneələr gözləyir və onları necə dəf etmək olar?”, “Nəyə görə günümüzdə bacaran insan olmaq lazımdır?”  kimi bizləri düşündürən və cavablarını bilməli olduğumuz əsas üç məsələ ətrafında müzakirələr və fikir mübadiləsi həyata keçirilib.

Təlimdə həmçinin tələbələrə bu mövzu ətrafında sorğular təqdim edilib, psixoloji təcrübələr keçirilib.