Bizlə əlaqə (994 12) 404 22 00

Akademiyanın əməkdaşı “Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminarda iştirak etmişdir.

2018-02-16

12-14 fevral tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən “Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminar təşkil edilmişdir.

Keyfiyyətin Təminatı üzrə Avropa Şəbəkəsi (ENQA-nın) ekspertlərinin apardığı seminarda ali məktəblərin akkreditasiyası zamanı ekspert komissiyasının üzvləri kimi fəaliyyət göstərən ali təhsil mütəxəssisləri iştirak etmişlər. Həmin mütəxəssislər içərisində Akademiyanın Tədrisin təşkili və tyutor xidməti şöbəsinin rəisi Xəlilova Kəmalə də iştirak etmişdir.

Seminar ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin təkmilləşdirilməsi və bu cəhətdən akkreditasiya proseslərində iştirak edən yerli ekspertlərin praktiki biliklərinin və potensialının inkişaf etdirilməsinə dəstək məqsədi daşıyırdı.

Seminarda xarici ekspertlər qismində Təhsildə Keyfiyyətin Təminatı üzrə Norveç Agentliyinin eksperti Tove Blytt Holmen, Hollandiyanın Akkreditasiya Təşkilatının eksperti Lineke van Bruggen və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direktoru Nora iştirak etmişdir.